Avropa çempionatı yenidən təxirə salınır

ESTAFET/ Avropa Üzgüçülük Liqası (LEN) su idman növləri üzrə qitə çempionatını yenidən təxirə salmağı planlaşdırır. Bunu Ümumdünya Üzgüçülük Federasiyasının prezidenti Vladimir Salnikov açıqlayıb.
O bildirib ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunması nəzərdə tutulan yarış koronavirus pandemiyası üzündən başqa vaxta keçiriləcək. Öncədən mayın 11-24-də baş tutmalı olan çempionat avqustun 17-30-na planlaşdırılsa da, təşkil edilməsi bu tarixdə də mümkün olmayacaq.
Qeyd edək ki, Avropa çempionatına Azərbaycan yığması da qatılmalıdır.
