“Formula-1”də komanda sayı artırılır?

ESTAFET/ “Formula-1”də komandaların sayı artırıla bilər. Xarici mətbuatda yayılan xəbərlərə görə, dünya çempionatının iştirakçılarının çoxu start xəttinə 24 bolidin çıxmasına razılıq verib.
Təşkilatçıların yarışa iki yeni komanda gətirməsi gözlənilir. Bu isə o deməkdir ki, yarışda 10 klubun 20 pilotu əvəzinə, 12 komandadan 24 sürücü iştirak edə bilər.
“Formula-1”in sahibi olan “Liberti Media” və Avtomobil İdmanı Federasiyası (FİA) koronavirus pandemiyası ilə bağlı böhran vaxtında həm qazanc əldə etmək, həm də özünü komanda sayının kəskin azalmasından sığortalayacaq. Hansısa iştirakçı komandanın yarışdan çıxması say azalmasına ciddi təsir etməyəcək. Digər tərəfdən isə yeni komandalara yerlərin 200 milyon avroya satılacağı gözlənilir.
