Türkiyədə çempion olmayacaq

ESTAFET/ Basketbol üzrə Türkiyə çempionatlarının başa çatdığı elan olunub. Bu barədə yerli federasiya qərar qəbul edib.
Türkiyə Basketbol Federasiyasının yaydığı xəbərdə bildirilib ki, koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan yarışlar bərpa olunmayacaq. Qərara əsasən çempionatlarda mükafatçılar da müəyyənləşməyəcək. Komandalar qərarlaşdığı yerlərə əsasən avrokubokda iştirak edəcəklər.
Həmçinin hansısa liqada aşağı dəstəyə düşən və ya yuxarı qalxan da olmayacaq.
