ÇL-də 1/4 oyunlarının vaxtı müəyyənləşdi

ESTAFET/ Koronavirus səbəbiylə dayandırılan futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin vaxtı müəyyənləşib. “Sky Sports”un məlumatına görə, sözügedən mərhələnin oyunları avqustun 13-14-də keçiriləcək.

Azarkeşsiz keçiriləcək oyunlar neytral stadionlarda oynanılacaq.

ÇL-in yarımfinal və final qarşılaşmalarının isə əvvəlcədən xəbər verildiyi kimi, İstanbulda təşkil olunması gözlənilir.

Müəllif: Bəhruz MƏMMƏDOV