Bütün dövrlərin ən yaxşı boksçuları

ESTAFET/ Bütün dövrlərin ən yaxşı boksçuları müəyyənləşib. "Boxrec”in tətbiq etdiyi siyahıya 10 idmançının adı daxil edilib. 

Siyahıda birinci yerdə Floyd Meyvezer qərarlaşıb. Amerikalı boksçu rinqi heç vaxt məğlub tərk etməyib. Onu Menni Pakyao və Karlos Monson izləyir. 

Maraqlıdır ki, Məhəmməd Əlinin dördüncü olduğu siyahıya Mayk Taysonun adı düşməyib. 

Ən güclü “10-luq”
1. Floyd Meyvezer (50-0-0) 
2. Menni Pakyao (62-7-2) 
3. Karlos Monson (87-3-9) 
4. Məhəmməd Əli (56-5-0) 
5. Şuqar Rey Robinson (174-19-6) 
6. Bernard Hopkins (55-8-2) 
7. Co Luis (66-3-0) 
8. Arçi Mur (186-23-10) 
9. Oskar De La Hoyya (39-6-0) 
10. Hulio Sezar Çaves (107-6-2)

Müəllif: Natiq NƏSİROV