Kapitana 1 illik müqavilə təklifi

ESTAFET/ “Real” kapitanı Serxio Ramosa yeni müqavilə təklif edəcək. “Kral klubu” 34 yaşlı müdafiəçinin daha bir il komandada qalmasını istəyir.
Ramosa gələn ilin yayına qədər olan müqavilə müddətini 2022-ci ilə qədər uzatmaq təklif olunacaq. Həmin vaxt isə İspaniya millisinin kapitanının 36 yaşı olacaq. Futbolçu özü də yenidənqurma üçün bağlanılan “Santyaqo Bernabeu”ya yenidən ayaq basmaq və orada vidalaşmaq arzusundadır.
Qeyd edək ki, 2005-ci ildən “Real”ın formasını geyinən Serxio Ramos madridlilərin heyətində 640 oyun keçirib, 91 qol vurub, 38 məhsuldar ötürmə verib. O, La Liqanın və Çempionlar Liqasının dördqat qalibidir.
