“Liverpul”un futbolçusu ilə yeni müqavilə

ESTAFET/ İngiltərənin “Bornmut” klubu yarımmüdafiçisi Harri Uilsonla icarə müqaviləsinin müddətini artırıb. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

23 yaşlı uelsli futbolçu müqavilə ilə “Liverpul”a məxsusdu. O, 2019-cu ilin avqustundan “Bornmut”da icarədədi. Yeni müqaviləyə əsasən o, mövsümün bitiminə qədər bu komandanın uğurları üçün çalışacaq.

“Liverpul”un öz yetirməsi olan Uilson, Uels yığmasının da şərəfini qoruyur.

Müəllif: Natiq NƏSİROV