Assosiasiya prezidenti vəfat etdi

ESTAFET/ Avropa Atletika Assosiasiyasının (European Athletics) prezidenti Sven-Arne Hansen vəfat edib. Norveçli mütəxəssis 75 yaşında ölüb.

Son vaxtlar sağlamlığında problemlər olan skandinaviyalı üç ay öncə insult keçirib. Həmin vaxt onun koronavirus testi də mənfi nəticə verib.

2015-ci ildən European Athleticsə rəhbərlik edən Hansen bundan əvvəl Norveç Atletika Assosiasiyasının prezidenti olub. O, 2003-15-ci illərdə bu quruma rəhbərlik edib.

Müəllif: Bəhruz MƏMMƏDOV