"Valensiya" Qarayla vidalaşdı

ESTAFET/ "Valensiya"nın müdafiəçisi Ezekyel Qaray karyerasını başqa klubda davam etdirəcək. 34 yaşlı futbolçu "yarasalar"la vidalaşıb.

Argentina millisinin üzvü instaqram səhifəsi vasitəsilə "Valensiya" azarkeşlərinə ürək sözlərini yazıb. Sabahdan müqavilə müddəti başa çatacaq Qaray azad agent statusu daşıyacaq. (apasport.az)

Müəllif: Natiq NƏSİROV