İqor Tüdor Superliqaya qayıdır

ESTAFET/ Türkiyənin "Hatayspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Türkiyənin nüfuzlu "Fanatik" nəşrinin xəbərinə görə, Super Liqaya vəsiqə qazanan komandanın sükanı arxasına İqor Tüdor keçəcək. Məlumata görə, rəhbərlik tezliklə Mehmet Altıparmakla yollarını ayıracaq və xorvat mütəxəssislə müqavilə imzalayacaq.

Qeyd edək ki, İqor Tüdor karyerası ərzində Xorvatiyanın "Hayduk", Yunanıstanın PAOK, Türkiyənin "Qalatasaray", "Karabükspor" və İtaliyanın "Udineze" klublarını çalışdırıb.

Müəllif: Məsim MƏSİMZADƏ