UEFA-dan “Fənərbaxça”ya 2 milyon cəza

ESTAFET/ UEFA Türkiyənin “Fənərbaxça” klubunu cəzalandırıb. Bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisinin cəzalanmasına maliyyə feyr-pleyi qərarlarına əməl etməməsi səbəb olub. Bu səbəbdən klub 2 milyon avro məbləğində cərimələnib. Bu cərimə “Fənərbaxça”nın 2020/21 və 2021/22 mövsümlərində avrokuboklardakı gəlirlərindən tutulacaq.

Müəllif: Natiq NƏSİROV