"Lill"də daha bir türk futbolçu
ESTAFET/ Daha bir türkiyəli futbolçu karyerasını Fransada davam etdirəcək. "Qalatasaray"ın yarımmüdafiəçisi Mustafa Kapı "Lill" klubu ilə anlaşıb.
"Beşiktaş"ın kapitanı Burak Yılmazla 2 illik anlaşma əldə edən "Lill" Mustafanın transferini də həll edib. 18 yaşlı orta sahə oyunçusu Liqa1 təmsilçisi ilə 5 illik sözləşmə imzalayacaq. Transferin detalları barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan Mustafa Kapı 2018-ci ildən əsas komandaya cəlb olunur.