Olimpiadaya test yarışları sual altına düşdü
ESTAFET/ Çinin paytaxtı Pekində keçiriləcək 2022-ci il Qış Olimpiya Oyunlarına test turnirləri keçirilməyə bilər. Bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Koordinasiya Komissiyası açıqlayıb.
Bildirilir ki, koronavirus pandemiyasının təsiri və bununla bağlı olan vətəndaşların ölkələr arasındakı hərəkətlərinə məhdudiyyətlər, karantin tədbirləri, viza tələbləri idmançıların, həmçinin rəsmi şəxslərin 2020-2022 mövsümündə Çinə səfərlərinə mane yarada bilər. Pekin-2022-nin Təşkilat Komitəsi test yarışlarının təşkili yollarını axtarmaqla bağlı BOK və beynəlxalq federasiyalarla danışıqları davam etdirir.
Komissiyanın hesabatında Olimpiadaya hazırlıq barədə də qeyd olunub. Koronavirusa baxmayaraq, Pekin-2022-yə hazırlığın planlı şəkildə davam etdiyi bildirilir. (apasport.az)