Füzuli Məmmədov daha 2 il "Neftçi"də

ESTAFET/ "Neftçi” baş məşqçi səlahiyyətlərini yerinə yetirən Füzuli Məmmədovla yeni müqavilə bağlayıb. Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında 43 yaşlı mütəxəssisin baş məşqçi postuna namizədliyi təsdiqlənib. Onun daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.

Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV