Azərbaycan koronavirus səbəbindən avrokuboklardan imtina etdi
ESTAFET/ Azərbaycan voleybol üzrə avrokubokların 2020/21 mövsümündə təmsil olunmayacaq. Buna koronavirus pandemiyası səbəb olub.
Ölkəmizi qitə miqyasında təmsil etməli olan yeganə klub – qadınlardan ibarət “Azərreyl” avrokuboklarda oynamayacaq. Çelenc kubokunda çıxış etməli olan Bakı klubu koronavirusla bağlı məhdudiyyətlər üzündən turnirə qatılmamağı məqsədəuyğun sayıb.
Paytaxt təmsilçisi artıq bu barədə Avropa Voleybol Konfederasiyasına (CEV) da məlumat verib. Nəticədə ötən il olduğu kimi, yenə də beynəlxalq oyunlardan kənar qalacağıq.
Qeyd edək ki, avrokubokların püşkatması avqustun 21-də keçiriləcək.