Azərbaycan təmsilçisinin Qran-Pri yolu açıldı
ESTAFET/ Beynəlxalq Konkisürmə İttifaqı (ISU) 2020/21 mövsümünün Qran-Pri seriyasının təqvimi və reqlamentini açıqlayıb. Bu dəfəki Qran-Pri açıq çempionatlar şəklində keçiriləcək.
Əvvəlki illərdə hər idmançı iki turniri seçərək onlara qatılırdısa, bu dəfə hər konkisürən bir yarışda qüvvəsini sınayacaq. Təşkilatçı ölkənin təmsilçiləri yalnız evdəki yarışda iştirak edəcək.
Həmçinin, təşkilatçı ölkələrdə məşq edən idmançılar da burada keçirilən turnirdə qüvvəsini sınayacaq. Bu isə o deməkdir ki, Azərbaycanı təmsil edən Yekaterina Ryabova da hazırlıq keçdiyi Rusiyada Qran-Priyə qatıla bilər. Onunla yanaşı, digər ölkələrin milliləşdirdiyi rusiyalılar da bu turnirdə qüvvəsini sınamaq imkanı qazanacaqlar.
Qeyd edək ki, Moskvadakı Rusiya Qran-Prisi noyabrın 20-22-də təşkil olunacaq. (apasport.az)