“Milan” “Arsenal”ın oyunçusunu alır
ESTAFET/ Koronavirus pandemiyası ilə bağlı fasilədən sonra daha yaxşı çıxış edən İtaliya “Milan”ı yeni mövsüm üçün heyətini daha da gücləndirmək niyyətindədir. A seriyası təmsilçisi Lukas Torreyranın transferində maraqlıdır.
Klub rəhbərliyi İngiltərə “Arsenal”ının yarımmüdafiəçisinin komandaya faydalı olacağını düşünür. Futbolçunun özü də London təmsilçisinin ayrılmaq istədiyini açıqlayıb.
Qeyd edək ki, müqaviləsi 2023-cü ilin mayında başa çatacaq yarımmüdafiəçinin transfer məbləği 23 milyon avro ilə dəyərləndirilir.