Canni de Byazi "Sabah" - "Qəbələ" oyununu izləyəcək
ESTAFET/ Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib. 64 yaşlı italiyalı mütəxəssis bu gün “Bnak Respublika Arena”da keçiriləcək “Sabah” - “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.
De Byazi COVİD-19 testi verib və testin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddu. Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.