Liqa 1-in startı koronavirusa görə ertələndi
ESTAFET/ Futbol üzrə Fransa Liqa 1-inin 2020/21 mövsümünün start tarixi dəyişdirilib. Çempionat öncədən planlaşdırılan 21 avqust tarixində başlamayacaq.
Həmin gün yeni mövsümün açılış matçında “Marsel”lə “Sent-Etyen” qarşılaşmalı idi. Lakin birincilərin 3 üzvündə koronavirus infeksiyasına yoluxma aşkarlandığından, qarşılaşma təxirə salınıb. Həmin matçın sentyabrın 16-da və ya 17-də keçirilməsi planlaşdırılır.
Mövsümün ilk oyunu avqustun 22-də “Bordo” ilə “Nant” arasında olacaq.
Qeyd edək ki, Fransa Liqa1-də 2019/20 mövsümü vaxtından əvvəl başa çatdırılmış, PSJ çempion elan edilmişdi.