“Fənərbaxça” rusiyalı hücumçu ilə anlaşdı

ESTAFET/ “Fənərbaxça” daha bir futbolçu ilə anlaşıb. Türkiyə mətbuatının məlumatına görə, “Lokomotiv”in hücumçusu Fyodor Smolov karyerasını İstanbul təmsilçisində davam etdirəcək.

Klublar arasında razılığa əsasən, 30 yaşlı forvard 2020/21 mövsümünü icarə əsasında “sarı-lacivərdlilər”də keçirəcək. Bu, moskvalılara 1 milyon avro qazandıracaq. Rusiya millisinin sabiq üzvünün qazancı isə 1,5 milyon avro təşkil edəcək. “Fənərbaxça” həm də Smolovu 4 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, “Fənərbaxça” “Kasımpaşa”nın hücumçusu Mame Baba Tiamı da transfer edib. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV