Canni de Byazi milliyə Yunanıstandan futbolçu çağırdı

ESTAFET/ "Sumqayıt"da oynamış israilli futbolçu Əmir Ağayev Azərbaycan millisinə çağırılıb. Yunanıstan mətbuatının məlumatına görə, millimizin italiyalı yeni baş məşqçisi Canni de Byazi yay fasiləsində yerli "Atromitos" klubuna keçən 28 yaşlı cinah yarımmüdafiəçisini UEFA Millətlər Liqasının qrupun mərhələsinin ilk matçlarına dəvət edib.

Artıq bununla bağlı AFFA-dan Afina klubuna məktub göndərildiyi iddia olunur. Ağayev 31 avqust - 8 sentyabr tarixlərinə nəzərdə tutulan təlim-məşq toplanışına qatılmalıdır.

İsraildə anadan olmasına baxmayaraq, valideynləri Azərbaycan əsilli olan Ağayev Millətlər Liqasının qrup mərhələsində Lüksemburqla ev (5 sentyabr) və Kiprlə səfər (8 avqust) oyunlarda iştirak edə bilər. Məhz bu qarşılaşmalardan sonra futbolçu Yunanıstana qayıdaraq, Super Liqa təmsilçisinə qoşulacaq.

Xatırladaq ki, Ağayev ölkəmizdə ilyarım "Sumqayıt"da çıxış edib. (sport24.az)

Müəllif: Bəhruz MƏMMƏDOV