“Çelsi” fransız müdafiəçi ilə anlaşdı
ESTAFET/ İngiltərənin “Çelsi” klubu heyətinə yeni futbolçu qatır. Premyer Liqa təmsilçisi mərkəz müdafiəçisi Malanq Sarrla anlaşıb.
Tərəflər 5 illik müqavilə imzalanması barədə razılıq əldə edib. Bunadək Fransanın “Nitsa” klubunda çıxış edən 21 yaşlı arxa xətt oyunçusu tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.
Qeyd edək ki, “Nitsa” ilə müqaviləsi başa çatan Malanq azad agent statusuna malikdir. (apasport.az)