Ruslanın Premyer Liqada 200-cü oyunu
ESTAFET/ “Zirə”nin futbolçusu Ruslan Qurbanov yubiley oyununa çıxıb. Klubun rəsmi saytının məlumatına görə, milli komandamızın sabiq üzvü Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.
Bu, 2020/21 mövsümünün ilk turuna təsadüf edib. “Qəbələ” ilə səfərdəki görüşün (1:1) 77-ci dəqiqəsində meydana çıxan 29 yaşlı hücumçu ölkə çempionatındakı oyun sayını 200-ə çatdırıb. Bu, həm də Qurbanovun “Zirə”də debütü olub.
Qeyd edək ki, Ruslan Qurbanov “Zirə”yə yay fasiləsində “Keşlə”dən keçib.