"Heç kimdən qorxmuruq": "Şerif"in müdafiəçisi
ESTAFET/ “Fola” ilə oyunda çox sayda imkanlar yaratdıq. Lakin vurmalı olduğumuzdan çox azından istifadə etdik”. Bunu Moldovanın “Şerif” klubunun futbolçusu Andrey Lukiç deyib.
Xorvatiyalı müdafiəçi Çempionlar Liqasının I təsnifat mərhələsinin Lüksemburq “Fola”sı ilə görüşündəki çatışmazlığı açıqlayıb. Lukiç “Qarabağ”la sabahkı görüş öncə hansı problemi aradan qaldırmalı olduqlarını qeyd edib: “Bunun üzərində işləməliyik. İmkanlardan yararlanmaq çox vacib oyun komponentidir. Bunu “Qarabağ”la növbəti matçda da nəzərə almalıyıq. “Qarabağ” yaxşı komandadır. Biz onlara hörmət edirik, amma heç kimdən qorxmuruq. Komandamız Bakıya oyundan zövq almağa və növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparmağa yollanır. Biz öz oyun keyfiyyətlərimizə, komanda ruhuna və qələbəyə inanırıq”.
Qeyd edək ki, “Qarabağ” – “Şerif” oyunu avqustun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. (apasport.az)