Qara qayıdır, Rahil isə ...

ESTAFET/ "Qarabağ" futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda Moldova "Şerif"i ilə matça itki ilə çıxacaq. Ağdam təmsilçisi mərkəz müdafiəçisi Rahil Məmmədovun xidmətindən yararlana bilməyəcək. 

Hələ Qəbələdəki toplanışdan əvvəl yüngül zədəsi olan Rahil hazırlıq prosesində yenidən zədələnib və hazırda əzələsində problem var. Komandanın baş məşqçisi  Qurban Qurbanov I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu 4:0 məğlub etdikləri matçı buraxmış dayaq yarımmüdafiəçisi Qara Qarayevin xidmətindən isə yararlana biləcək. Buna səbəb millimizin üzvünün 1 oyunluq cəzasının başa çatmasıdı.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.

Müəllif: Natiq NƏSİROV