Los-Anceles Olimpiya oyunlarının loqotipi təqdim edilib

ESTAFET/ ABŞ-ın Los-Anceles şəhərində 2028-ci ilin Yay Olimpiya oyunlarının loqotipi təqdim olunub. Bu barədə yarışların Təşkilat Komitəsinin rəsmi saytı xəbər verir.

Loqotipin emblemində LA hərfləri və 28 rəqəmi təsvir edilib.

Loqonun yaradılması üçün Adam Rippon, futbolçu Aleks Morqan, müğənni Billi Ayliş, aktrisa Riz Uizerspun öz hekayələrini paylaşıblar.

Los-Anceles öz tarixində üçüncü dəfə Olimpiadanı qəbul edəcək. Daha əvvəl burada oyunlar 1932 və 1984-cü illərdə keçirilib.

Müəllif: Natiq NƏSİROV