Beyl "Real Madrid"dən gedişi variantlarına baxmağa hazırdır

ESTAFET/ Uels millisinin futbolçusu Qaret Beyl İspaniya "Real Madrid"indən gedişi ilə bağlı variantları nəzərdən keçirməyə hazırdır. “Report” "Sky Sports"a istinadən xəbər verir ki, yarımmmüdafiəçi ötən mövsüm komandadan ayrılmasına rəhbərliyin imkan vermədiyini bildirib. Onun sözlərinə görə, bütün təkliflərin qarşısı alınıb.
"Mən hələ futbol oynamaq istəyirəm. Amma hələ hər şey klubdan asılıdır, onlar hər şeyə nəzarət edirlər. Müqaviləm qüvvədədir, amma başqa layihənin hissəsi olmaq istəyirəm. Mənim 31 yaşım var, əla formadayam və oynamaq istəyirəm. Özümü belə hiss edirəm, sanki çox şey verə bilərəm. Görək hər şey necə bitəcək”, - Beyl deyib.
