Millimizin Lüksemburq sınağı
ESTAFET/ Bu gün Azərbaycan milli komandası növbəti oyununu keçirəcək. Yığmamız 2020-ci ildəki ilk görüşünə Millətlər Liqası çərçivəsində çıxacaq.
C liqasının 1-ci qrupunda mübarizə aparacaq komandamız Lüksemburqla görüşəcək. Qarşılaşma italiyalı baş məşqçi Canni de Byazinin debütü ilə əlamətdar olacaq.
Əsas hədəfi qrup qalibi kimi B liqasına yüksəlmək olan yığmamız Bakı Olimpiya Stadionunun azarkeşsiz tribunaları önündə oynayacaq. D liqasından C liqasına yalnız islahatlar sayəsində yüksələn milli bura layiq olduğunu da uğurlu nəticə ilə təsdiqləməlidir.
Qeyd edək ki, millimiz ikinci oyununu sentyabrın 8-də səfərdə Kiprə qarşı keçirəcək.
UEFA Millətlər Liqası
C liqası, 1-ci qrup
I turun oyunu
5 sentyabr 2020
20:00. Azərbaycan - Lüksemburq
Hakimlər: Kristofer Kavanaq, Daniel Riçard Kuk, Sian Massi-Ellis, Pol Terni (hamısı İngiltərə)
Azərbaycan:
Ehtiyat oyunçular:
Lüksemburq:
Ehtiyat oyunçular:
Bakı Olimpiya Stadionu