“Keşlə” yeni transferlə yollarını ayırdı

ESTAFET/ Bakının “Keşlə” klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Klubun rəsmi saytının məlumatına görə, yarımmüdafiəçi Cavid İmamverdiyev paytaxt təmsilçisi ilə vidalaşıb.
Azərbaycan millisinin sabiq üzvünü yay fasiləsində heyətinə cəlb edən “Keşlə” onunla bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Futbolçu bu komandaya “Sabah” klubundan keçmişdi.
Qeyd edək ki, “Keşlə” bu yay Cabir Əmirli, Slavik Alxasov, Ruslan Qurbanov, Tural Bayramlı, Rəşad Əzizli, Əfran İsmayılov, Murad Ağayev, Lorenzo Frutos və Franko Floreslə yollarını ayırıb.
