"Şalke"nin müdafiəçisi "Milan"ın hədəfində

ESTAFET/ İtaliyanın “Milan” klubu Almaniya “Şalke”si ilə danışıqlara başlayıb. A seriyası təmsilçisi müdafiəçi Matiya Nastasiçi transfer etmək istəyir.

Milanlılar müdafiənin mərkəzini 27 yaşlı serbiyalı ilə gücləndirmək niyyətindədir. Buna səbəb klubun hədəfində olan digər iki arxa xətt oyunçusunun keçidinin ləngiməsidir.

Belə ki, Kristoffer Ayerin “Seltik”dən, Nikole Milenkoviçin “Fiorentina”dan transferi düyünə düşüb. “Şalke” Nastasiçi sonradan almaq şərtilə icarəyə verməyə hazır olduğunu gizlətmir.

Qeyd edək ki, keçid baş tutsa, Nastasiç 8 ildən sonra İtaliyaya qayıdacaq. O, A seriyasında “Fiorentina”nın şərəfini qoruyub.

Müəllif: Orxan NOVRUZOV