Loran Blan Qətər klubu ilə anlaşdı

ESTAFET/ Fransa yığmasının və PSJ klubunun sabiq baş məşqçisi Loran Blanın işsiz günləri başa çatıb. 55 yaşlı mütəxəssis bundan sonra Qətərdə fəaliyyət göstərəcək.

Fransa mətbuatının iddiasına görə, Blan “Əl-Rayan” klubu ilə anlaşıb. Tezliklə təqdimatı olacaq fransalının köməkçilərindən biri isə “Monako” və “Marsel”də çıxış etmiş Frank Passi olacaq.

Qeyd edək ki, Loran Blan son komandası olan PSJ-dən 2016-cı ildə ayrılıb. O, bir dəfə “Bordo”, üç dəfə isə PSJ ilə Fransa çempionu olub. Blan futbolçu karyerası ərzində isə dünya (1998) və Avropa çempionu (2000) tituluna sahib çıxıb. (apasport.az)

Müəllif: Estafet.az