Ekvador yığmasının üzvü MY-də
ESTAFET/ Ekvadorun “İndepentyente del Valye” klubunun futbolçusu Moyses Kaysedo karyerasını İngiltərədə davam etdirəcək. 19 yaşlı yarımmüdafiəçi yaxın günlərdə “Mançester Yunayted”lə rəsmi müqavilə imzalayacaq.
Premyer Liqa klubu yarımmüdafiəçi üçün Ekvador təmsilçisinə 4 milyon avro və əlavə bonuslar ödəyəcək. Kaysedo “qırmızı şeytanlar”la müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalayacaq.
Moyses Ekvador yığmasında 4 oyuna 1 qol vurub. (sport24.az)