Ufa da Olimpiya Oyunları üçün namizəd oldu

ESTAFET/ 2030-cu ildə keçiriləcək Qış Olimpiya Oyunlarını keçirməyə namizədlərin siyahısı artıb. Rusiyanın Ufa şəhəri də dördilliyin mötəbər yarışını qəbul etməkdə maraqlıdır.

Namizədliklə bağlı sifarişlərin qəbulu hələ başlamayıb. Bu üzdən də rusiyalıların istəyi rəsmiləşməyib.

Ufaya qədər Vankuver (Kanada), Solt-Leyk-Siti (ABŞ), Sapporo (Yaponiya) və iki ortaq təşkilatçılıq ehtimalı var. Bunlar İspaniya, Fransa, Andorra və Polşa, Ukrayna, Latviya “üçlük”ləridir.

Qeyd edək ki, Olimpiadanın ev sahibi 2030-cu ildə bəlli olacaq.

Müəllif: Natiq NƏSİROV