Ruslar Türkiyə millisin üzvünü neçəyə alır?
ESTAFET/ "Fənərbağça"nın 25 yaşlı yarımmüdafiəçisi Ozan Tufan karyerasını Rusiya çempionatında davam etdirə bilər. Bunu türkiyəli insayder Ekrem Konur öz "Twitter" hesabında yazıb.
Tanınmış jurnalist Moskva OMİK-inin baş məşqçisi Viktor Qonçarenkonun şəxsən izlədiyi Ozanla "Milan" və "Kristal Pelas"ın da maraqlandığını xatırladıb.
Mənbəyə inansaq, ruslar "Fənər"ə 10 milyon avro təklif etsə də, İstanbul klubu yarımmüdafiəçini 15 milyon avroya satmağı planlaşdırdığını bildirərək bu məbləğə razılaşmayıb.
Bu mövsüm Superliqada "Fənərbağça" formasıyla 16 oyuna çıxan Tufan 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
2014-cü ildən Türkiyənin əsas millisinə dəvət alan orta xətt oyunçusu ay-ulduzlu futbolkanı 55 dəfə geyinib və ölkəsi üçün 7 qol vurmağa imkan tapıb. (fanat.az)