Onyekuru rəsmən “Qalatasaray”da

ESTAFET/ “Monako”nun futbolçusu Henri Onyekurunun “Qalatasaray”a keçidi rəsmiləşib. Türkiyə klubu 24 yaşlı hücumçunu rəsmi saytı vasitəsilə təqdim edib.

Klublar arasında anlaşmaya əsasən, Onyekuru mövsümün sonuna qədər “sarı-qırmızılılar”a icarəyə verilib. Bununla Nigeriya millisinin üzvü üçüncü dəfə “Qalatasaray”da icarə əsasında çıxış edəcək.

“Cim-bom” onu mövsümün sonunda 4 milyon 350 min avro qarşılığında birdəfəlik transfer edə biləcək.

Müəllif: Orxan NOVRUZOV