“Bavariya” dünya çempionatına yollana bilmir

ESTAFET/ Klublararası dünya çempionatına qatılacaq Almaniyanın “Bavariya” klubu turnirin keçirildiyi Qətərə yollanmaqda problemlə üzləşib. Bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yarımfinalda Misirin “Əl-Əhli” klubu ilə qarşılaşacaq “Bavariya”nın Dohaya uçuşu təxirə salınıb. Artıq 7 saatdan çoxdur ki, komanda təyyarənin havaya qalxması ilə bağlı problemin həll edilməsini gözləyir.

Qeyd edək ki, “Əl-Əhli” – “Bavariya” oyunu fevralın 8-də keçirilməlidir.

Müəllif: Natiq NƏSİROV