Mövsümün ən yüksək ödənişli pilotları

ESTAFET/ Formula 1-in ən yüksək ödənişli pilotları müəyyənləşib. 2021-ci il mövsümündə ən çox qazanacaq 10 iştirakçısının siyahısına Lüis Hamilton başçılıq edir.

Yeddiqat dünya çempionu “Mersedes”lə yeni müqaviləyə əsasən rekordçudur. Komandalar arasında da Almaniya nəhəngi 1-cidir. “Red Bull”  isə pilot cütlüyünə 22,57 milyon funt sterlinq ödəyəcək.

1. Lüis Hamilton (Mersedes) – 40 milyon funt sterlinq
2. Maks Ferstappen (Red Bull) — 18,2 milyon funt sterlinq
3. Şarl Lekler (Ferrari) — 10,19 milyon funt sterlinq 
4. Daniel Rikkardo (Maklaren) — 10,19 milyon funt sterlinq 
5. Karlos Sayns (Ferrari) — 7,28 milyon funt sterlinq 
6. Sebastyan Fettel (Aston Martin) — 7,28 milyon funt sterlinq 
7. Fernando Alonso (Alpin) — 6,55 milyon funt sterlinq 
8. Valtteri Bottas (Mersedes) — 5,82 milyon funt sterlinq 
9. Serxio Peres (Red Bull) — 4,37 milyon funt sterlinq 
10. Kimi Raykkonen (Alfa Romeo) — 3,64 milyon funt sterlinq

Müəllif: Natiq NƏSİROV