“Mançester Siti” müdafiəçisi ilə müqaviləni uzadır

ESTAFET/ İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Con Stounsun gələcək karyerasına aydınlıq gəlib. Klub rəhbərliyi müdafiəçini heyətdə saxlamağa qərar verib.

Premyer Liqa təmsilçisi Conla müqaviləni uzadacaq. Mançesterlilər müqaviləsi 2022-ci ilin yayında başa çatacaq arxa xətt oyunçusunu daha uzun müddət sıralarında saxlamaq niyyətindədir.

Qeyd edək ki, Stouns cari mövsüm 20 oyunda 3 qol vurub. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV