“Səbail”in 20-ci bərabərliyi
ESTAFET/ “Səbail” futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci heç-heçəsini edib. Bu, XVIII turun “Keşlə” ilə görüşünə təsadüf edib. 1:1 hesablı ev bərabərliyi Aftandil Hacıyevin baş məşqçisi olduğu komanda üçün yubiley sülhü olub. Bunadək bakılılar 93 qarşılaşmadan 19-da 1 xalla kifayətlənmişdi. “Səbail” öz meydanında 11, səfərdə 9 dəfə heç-heçə edib.
Qeyd edək ki, “Səbail”in ilk heç-heçəsi 2017-ci il noyabrın 25-də “Sumqayıt”la səfər görüşündə rəsmiləşib – 0:0.