CONMEBOL və FIFA nümayəndələri arasında görüş keçirilib

ESTAFET/ DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyunları ilə bağlı CONMEBOL və FIFA nümayəndələri arasında görüş keçirilib.

Ölkə futbol federasiya rəsmilərinin də qatıldığı video-toplantıda bu ay keçirilməsi nəzərdə tutulan matçlar müzakirə olunub.

Braziliyada koronavirus infeksiyası yenidən sürətlə yayıldığından, bu ölkə rəsmiləri səyahət məhdudiyyətləri səbəbindən martdakı turların təxirə salınmasını istəyib. Argentina Futbol Assosiasiyası isə bunun qarşısının alınması üçün yalnız Cənubi Amerikada çıxış edən futbolçuların millilərə çağırılmasını təklif edib. Ancaq digər federasiyalar bu təklifi müsbət qarşılamayıblar. Argentinalılar kapitan Lionel Messi də daxil olmaqla Avropadakı bütün oyunçuların xidmətindən imtina etməyə hazırdır.

Qeyd edək ki, Cənubi Amerika üzrə seçmə mərhələnin V tur oyunları martın 25-26-da, VI turun görüşləri isə ayın 30-da keçiriləcək.

Müəllif: Natiq NƏSİROV