6 mövsümdür “Barselona”nın yolunu kim kəsir

ESTAFET/ Sonuncu dəfə 2014/15 mövsümündə futbol üzrə UEFA Çempionlar Liqasının qalibi olan “Barselona” həmin vaxtdan bəri bu turnirdə azarkeşlərini məyus edir.

Apasport.az saytının məlumatına görə, kataloniyalılar son olaraq bir neçə gün əvvəl 1/8 final mərhələsində PSJ-yə yenilərək mübarizəni dayandırıb.

Son altı mövsümdə ilk dəfə 1/4 final üzü görməyən İspaniya təmsilçisinin bu müddətdə ən uğurlu çıxışı 2018/19 mövsümündə yarımfinala qədər irəliləmək olub.

Lionel Messinin komandasının son 6 mövsümdə Çempionlar Liqasında yolunu kəsən komandaları bir daha xatırlayaq:

2015/16 mövsümü – “Atletiko”
1/4 final – 2:1, 0:2

2016/17 – “Yuventus”
1/4 final – 0:3, 0:0

2017/18 – “Roma”
1/4 final – 4:1, 0:3

2018/19 – “Liverpul”
Yarımfinal – 3:0, 0:4

2019/20 – “Bavariya”
1/4 final – 2:8

2020/21 – PSJ
1/8 final – 1:4, 1:1

Müəllif: Natiq NƏSİROV