Anna Başta 1/16 finalda uduzdu

ESTAFET/ Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində kişi və qadın sablyaçılar arasında keçirilən Dünya Kubokunda şəxsi yarışda əsas mərhələyə start verilib.

1/32 finalda Macarıstan təmsilçisi Kira Keszeyə 15:4 hesabı ilə qalib gələn Anna Başta ən güclü 32 qadın sablyaçı sırasına yüksəlib. Başta 1/16 finalda fransalı Brunet Manona 6:15 hesabı ilə məğlub olub. 1/32 finalda Rusiya sablyaçısı Olqa Nikitinaya 6:15 hesabı ilə uduzan Valeriya Bolşakova isə mübarizəni dayandırıb.

Müəllif: Natiq NƏSİROV