UEFA finalda minimum 9 min tamaşaçı görmək istəyir

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının finalı ilə bağlı planları bəlli olub. Qurum Türkiyənin İstanbul şəhərindəki qarşılaşmada ən azı 9 min tamaşaçının olmasını istəyir.

Bu yerlər finalçı komandalar arasında bölüşdürüləcək. Bu barədə 1/4 finalda oynayacaq 8 klub da məlumatlandırılıb. Lakin mayın 29-da Olimpiya stadionunda keçiriləcək görüşə tamaşaçıların buraxılması ilə bağlı yekun qərarı Türkiyə hökuməti verməlidir.

Qeyd edək ki, Olimpiya stadionu 75 min 415 tamaşaçı tutumuna malikdir.

Müəllif: Natiq NƏSİROV