“Spartak” Quliyevə klub tapmağı tövsiyə etdi

ESTAFET/ Rusiyanın “Spartak” klubu futbolçusu Ayaz Quliyevin xidmətində maraqlı deyil. Moskva təmsilçisi artıq 24 yaşlı oyunçuya özünə klub tapmağı tövsiyə edib.

Lakin Azərbaycan köklərinə malik yarımmüdafiəçi müqaviləsinin başa çatacağı 2023-cü ilin yayına kimi “Spartak”da qalmaqda israrlıdır. O, 2020-ci ilin mayında serb məşqçi Vlad Çepzanoviçlə münaqişə səbəbindən “Spartak-2”yə göndərilib.

Qeyd edək ki, Ayaz əsas komandada son matçını 2019-cu il noyabrın 4-də keçirib.

Müəllif: Orxan NOVRUZOV