Daha bir Olimpiya Təsnifat Turniri təxirə salındı

ESTAFET/ Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan sinxron üzgüçülük üzrə Olimpiya Təsnifat Turniri təxirə salınıb.
Koronavirus pandemiyasının yeni dalğaları Beynəlxalq Üzgüçülük Federasiyasını (FINA) belə qərar qəbul etməyə məcbur edib.
FINA turnirin başqa ölkədə təşkilini də nəzərdən keçirir. bu haqda qərar həftə ərzində açıqlanacaq.
Qeyd edək ki, Olimpiya Təsnifat Turniri 1 - 4 mayda keçirilməli idi. Tokio-2020 Yay Olimpiya Oyunları bu il 23 iyul - 8 avqusta təxirə salınıb.
