ÇL-in gələn mövsüm üçün ilk iştirakçısı müəyyənləşdi

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 2021/22 mövsümünün qrup mərhələsinin ilk iştirakçısı müəyyənləşib. Buna “Bavariya” nail olub.

ÇL-in son qalibi Bundesliqanın XXVIII turunda “Union”la heç-heçə edərək (1:1) mövsümü ilk “dördlük”də bitirməyi təmin edib. Bununla “Bavariya”nın gələn mövsüm də bu turnirə qatılacağı rəsmiləşib.

Qeyd edək ki, hazırda Bundesliqaya başçılıq edən “Bavariya”nın aktivində 65 xal var.

Müəllif: Orxan NOVRUZOV