Mbappe “Mançester Siti” ilə oyunu buraxa bilər

ESTAFET/ PSJ-nin hücumçusu Kilian Mbappe zədələnib. Bu barədə Paris klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
22 yaşlı forvardın sağ baldır əzələsindən xəsarət aldığı bildirilib. Bu səbəbdən o, Liqa1-in XXXV turunda “Lans”la sabah keçiriləcək qarşılaşmanı buraxacaq. Onun Çempionlar Liqasının yarımfinal mərhələsində “Mançester Siti” ilə cavab görüşündə iştirakı da sual altındadır.
Qeyd edək ki, “Mançester Siti” – PSJ oyunu mayın 4-də keçiriləcək. (apasport.az)
