Byazi kimi daha şanslı sayır?

ESTAFET/ Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Çempionlar Liqasının finalı barədə fikir bildirib.

İtaliyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində həlledici görüşə vəsiqə əldə edən “Çelsi” və “Mançester Siti”nin şanslarını dəyərləndirib.

O, London klubunun çalışdırıcısı Tomas Tuxelin orada qısa müddətdə böyük işlər gördüyünü söyləyib: “Çelsi” çox təhlükəlidir. Proqnoz mənim üçün açıq görünmür, bu dəfə əvvəlkilərdən daha çətindir. Tuxel 90 gündən az bir müddətə uyğunlaşmağı bacardı, gənc futbolçulara özünəinam aşıladı. Digər tərəfdən “Mançester Siti” də ulduzlardan ibarət komandadır, ancaq problem yaşaya bilər”.

Qeyd edək ki, Çempionlar Liqasının final görüşü mayın 29-da İstanbulda keçiriləcək.

Müəllif: Natiq NƏSİROV