Maradona öldürülüb - komissiya
ESTAFET/ Əfsanəvi futbolçu Dieqo Maradonanı müalicə edən tibbi qrup qəsdən adam öldürməkdə günahlandırılıb.
Qrupa daxil olan 7 nəfərin hər birini 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.
Bu qərar Maradonanın ölümünü araşdıran komissiyanın nəticələrinə əsaslanır.
Komissiya tərəfindən Maradonanın son videosundakı görüntüləri araşdırılıb. Yoxlama zamanı həkimlərin hərəkətlərinin adekvat olmadığı aşkar edilib.
Qeyd edək ki, Dieqo Maradona keçən il noyabrın 25-də ani ürək tutmasından dünyasını dəyişib. Cəsədin yarılması nəticəsində onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilib. (apasport.az)