Yığmamızda 2-ci debütant

ESTAFET/ Azərbaycan millisində yeni futbolçunun debütü gerçəkləşib. Türkiyə ilə Alanyadakı yoldaşlıq görüşündə Toral Bayramov yığmada ilk oyununa çıxıb.

Matçın 72-ci dəqiqəsində mübarizəyə qoşulan gənc yarımmüdafiəçi milli tarixinin 252-ci futbolçusu olub. Ona qədər bu gün Murad Xaçayev start heyətində meydana çıxmaqla debütünü reallaşdırıb.

Qeyd edək ki, Alanyadakı “Oba” stadionunda keçirilən oyunda Türkiyə yığması 2:1 hesabı ilə öndədir.

Müəllif: Bəhruz MƏMMƏDOV